Sosial iş
From Wikipedia, the free encyclopedia
Sosial iş (ing. Social work) — Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə "Sosial iş" proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin, insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti müraciətçidir(klient, benefisyar). Sosial işçilər müraciətçilərlə çalışır. Müraciətçi-problemli situasiyaya(çətin həyat şəraiti) düşmüş, həll yolunu tapa bilməyən şəxsdir və o, müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir, problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır. Problemin həlli yönündə sosial işçi müraciətçini sosial, psixoloji və ya hüquqi xidmətlərə yönəldir. Məhz bu nöqteyi-nəzərdən vurğulanır ki, sosial iş sahəsi insanlarla dövlət xidmətləri arasındakı münasibətləri əlçatan edir. Bu peşənin daşıyıcıları insanları öz potensiallarına arxalanmağa yönəldir, problemin kənar müşahidəçisi olmaqla qərarvericiliyi müraciətçinin öhdəsinə buraxır.
Aşağıda sosial işçilərin bir sıra fəaliyyət sahələri qeyd olunmuşdur:
-Ailə məsələləri üzrə məsləhətçi
-Pedaqoq
-Sosial tədqiqatçı
-Psixi sağlamlıq üzrə mütəxəssis
-Sosial işçi-gerontoloq (Ahıllarla çalışan sosial işçilər)
-Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan sosial işçilər
-Risk qrupları ilə çalışan sosial işçilər-Bura ruhi xəstəliklərdən əziyyət çəkənlər, zərərli maddələrin aludəçisi olan şəxslər, insan alverinin qurbanları və s. kimi qruplar daxildir.
-Ekstremal vəziyyətlərdə müdaxilə edən sosial işçilər-təbii fəlakətlərdə, hərbi-siyasi münaqişələrdə və insidentlərdə zərərçəkmişlərin rifahını təmin edir.
-Uşaq müdafiəsi sahəsində çalışan sosial işçilər
-Zorakılığa məruz qalmış şəxslərin rifahını təmin edən sosial işçilər və s.
Sosial işçilər cəmiyyətin "mikro"(fərdlər), "mezo"(qruplar) və "makro"(icmalar) səviyyələri ilə sosial müdaxilə prosesini həyata keçirərək insanların rifahını təmin edir. Sosial iş bir struktur kimi dövlətin bütün vətəndaşlarının sosial təhlükələrdən qorunmağa yönələn əhalinin müxtəlif kateqoriyalarının həyat fəaliyyətinin pozulmasının qarşısını alan bir kompleks kimi çıxış edir. Sosial işçilər fəaliyyətləri əsnasında dövlətin mövcud aktları və qanunauyğunluqlarına əsasən hərəkət etməlidir.