Sovet İttifaqında alman hərbi əsirləri
From Wikipedia, the free encyclopedia
Sovet İttifaqında alman hərbi əsirləri (rus. Немецкие военнопленные в Советском Союзе) - İkinci Dünya müharibəsi dövründə SSRİ ordusu tərəfindən müharibənin gedişi zamanı əsir götürülmüş hərbi əsirlər. Təxmini hesablamlara görə 1941-1945-ci illər aralığında 3 milyona yaxın Üçüncü Reyx tərəfindən müharibəyə qatılmış əsgər sovet birləşmələri tərəfindən əsir götürülümşdür. Əsirlərin ələ keçirilməsi, müharibənin son və həlledici ili hesab olunan 1945-ci ildə daha kütləvi hal almışdır. Ələ keçirilmiş hərbi əsirlərdən əsasən SSRİ-də dağıldılmış və ya yenidən tikilməkdə olan infrastrukturun yaradılmasında istifadə olunmuşdur.
1950-ci ildən etibarən sağ qalmış hərbi əsirlərin mənsub olduqları ölkələrə göndərilməsinə başlanılmışdır. Sonuncu əsir 1956-cı ildə Almaniyaya qayıtmışdır.[1] SSRİ rəsmi arxiv sənədlərinə görə Üçüncü Reyx ordusunda xidmət etmiş və müharibə zamanı ələ keçirilmiş 381.067 nəfər hərbi əsir SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən imperiyanın müxtəlif bölgələrində yaradılmış əsir düşərgələrində ölmüşdür. Ölən şəxslərdən 356.700 nəfəri etnik alman, 24.367 nəfəri isə digər millətlərə mənsub şəxslərdir.[2][3]
Alman tarixçisi Rüdiger Overmans sözügedən əsir düşərgələrində azı bir milyona yaxın alman əsirinin öldüyünü, ancaq bu rəqəmin sübutunun mümkünsüz olduğunu ifadə etmişdir. Müharibə zamanı itkin düşmüş və sonradan tapılmamış bir çox alman əsirinində həmin həbs düşərgələrində öldürüldüyü ehtimal edilməkdədir.[4][5]