Su İnformasiya Mərkəzi
Ukraynada muzey / From Wikipedia, the free encyclopedia
Su İnformasiya Mərkəzi və ya Kiyev Su Muzeyi — Kiyev şəhərində yerləşən Kreşat parkında Danimarkanın Ekologiya Nazirliyinin dəstəyi ilə Kiyev Şəhər Dövlət Administrasiyası tərəfindən 1872–1876-cı illərdə memar Aleksandr Şile tərəfindən tikilmiş Kiyevin ilk mərkəzləşmiş su təchizatlarından birinin bərpa edilmiş binasında 24 may 2003-cü ildə qurulan informasiya mərkəzi.
Su İnformasiya Muzeyi | |
---|---|
Водно-інформаційний центр | |
| |
Əsası qoyulub | 24 may 2003 (2003-05-24) |
Açılış tarixi | 2003 |
Mövzu | muzey |
Ölkə | |
Yerləşir | Mixaylo Qruşevski küçəsi, Kiyev, Ukrayna |
Ziyarətçi sayı | 100,000 (hər il) |
Direktor | Popov Efimoviç |
50°27′09″ şm. e. 30°31′53″ ş. u. | |
aqua-kiev.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Su İnformasiya Mərkəzi ictimaiyyəti su ehtiyatları və onların rasional istehlakı barədə məlumatlandırır. Sərgi Kiyev şəhərindəki su təchizatlarının, sutəmizləyici qurğuların və çirkab suların təmizlənməsində istifadə edilən qurğuların tarixini nümayiş etdirir.
Su İnformasiya Mərkəzi Kiyev şəhərindəki ən çox ziyarətçi qəbul edən mədəniyyət müəssisələrdən biridir. Mərkəz 23 mart 2014-cü ildə 1,4 milyonuncu,[1] 2014-cü ilin aprel ayında 1.5 milyonuncu ziyarətçisini qəbul etmişdir.[2][3]