Sudanda müharibə (2023–hal-hazırda)
From Wikipedia, the free encyclopedia
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib.
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. (mart 2024) |
Sudanda müharibə (2023–hal-hazırda) hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 00:23, 16 mart 2024 (UTC) (46 gün əvvəl). |
Sudanda müharibə | |||
---|---|---|---|
Tarix | 15 aprel, 2023 - davam edir | ||
Yeri | Xartum, Sudan | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər.[3][4][5]
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.