Sumqayıt kanyonu
From Wikipedia, the free encyclopedia
Sumqayıt kanyonu[1][2][3] və ya Sumqayıtçay kanyonu — Sumqayıtçayın aşağı axarlarında, çayın Qaraboğaz düzənliyindən keçən hissəsində yerləşən təbiət abidəsi.[1] Kanyonun başlanğıcı şəhərin məişət tullantıları poliqonunun arxasında yerləşir. Bu kanyon Sumqayıtda turizm üçün potensial məkan hesab olunur.[1]
Sumqayıt kanyonu | |
---|---|
Ümumi məlumatlar | |
Dərinliyi | 10-15 |
Eni | 30-50 |
Aid olduğu çay hövzəsi | Sumqayıtçay |
Yerləşməsi | |
40°34′27″ şm. e. 49°36′32″ ş. u. | |
ölkə | Azərbaycan Bakı rayonları |
Şamaxı, Abşeron və Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axan Sumqayıtçay Sumqayıt kanyonundan keçərək Xəzər dənizinə tökülür.[1] Çayın axdığı bu ərazidə suxurların olduqca kövrək, əsasən gil və qum materialından təşkil olunması onun dağıdıcı gücünü artırır. Bu da çayın asanlıqla yatağını dərinləşdirməsinə imkan verir. Kanyonda suyun eroziya fəaliyyəti olduqca yüksəkdir. İstər atmosfer yağıntıları, istər günəş radiasiyası, istərsə küləyin fəaliyyəti sayəsində kanyon əsrarəngiz görkəm alır. Bu proses daima davam etdiyindən aşınmanın miqyası davamlı olaraq artır.