Tüilri bağı
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Tüilri.
Tüilri bağı (fr. Jardin des Tuileries Fransızca tələffüz: [ʒaʁdɛ̃ de tɥilʁi]) — Parisin 1-ci dairəsində Luvr muzeyi və Həmrəylik Meydanı arasında yerləşən milli parkdır.[1] 1564-cü ildə Tüilri sarayının bağı kimi Yekaterina Mediçi tərəfindən yaradılmış və 1667-ci ildən ictimaiyyətə açıqdır. Tüilri bağı Fransa inqilabından sonra ictimai park oldu.[2] XIX-XX əsrlərdə bu yer Parislilərin görüşmək, istirahət etmək , şənliklər təşkil etmək və gəzinti yeri kimi məşhur idi.