Türkiyə əlifba inqilabı
From Wikipedia, the free encyclopedia
Türkiyə əlifba inqilabı — Türkiyədə 1 noyabr 1928-ci il tarixində 1353 saylı "Yeni Türk hərflərinin qəbul və tətbiqi haqqında Qanun"un qəbul edilməsi və yeni əlifbanın yerləşdirilməsi prosesinə ümumi olaraq verilən addır. Bu qanunun qəbul edilməsi ilə həmin günə qədər istifadə olunan ərəb hərflərinə əsaslanan Osmanlı əlifbası formalaşmadı və latın hərflərinə əsaslanan Türk əlifbası qüvvəyə mindi.
Türk əlifbasının məzmunu Latın qrafikasını yazı sistemlərində istifadə edən digər ölkələrin əlifbaları ilə eyni deyil, ancaq türk dilindəki səslərin (Ç, Ş, Ğ, I, İ, Ö, Ü) qarşılanması üçün onlardan alınan hərflərdən ibarətdir. Bundan başqa, hərflərin türk əlifbasındakı oxunuşu Qərb dillərindəki hərflərin oxunuşundan fərqlidir. Məsələn, C hərfi Türk əlifbasında /d͡ʒ/, İngilis əlifbasında /ˈsiː/ tələffüz olunur.[1]