Türkiyə milli futbol komandası
From Wikipedia, the free encyclopedia
Türkiyə milli futbol komandası - Türkiyəni Beynəlxalq turnirlərdə və oyunlarda təmsil edən futbol komandası. İlk oyununa 26 oktyabr 1923-cü ildə Rumıniyaya qarşı çıxmışdır. FİFA Dünya Çempionatına 1950, 1954, 2002 olmaq ilə 3 dəfə vəsiqə qazanmışdır. Amma FİFA Dünya Çempionatı 1950-də maliyyə problemlərinə görə çıxış etməmişdir.
Ləqəbi | Ay-Yıldızlılar (Ay-Ulduzlular) | ||
---|---|---|---|
Assosiasiya | Türkiyə Futbol Federasiyası | ||
Konfederasiya | UEFA | ||
Baş məşqçi | Vincenzo Montella | ||
Köməkçi məşqçi | Selçuk Şahin Daniele Russo | ||
Kapitan | Hakan Çalhanoğlu | ||
Ən çox oyun keçirən | Rüştü Reçber (120) | ||
Ən çox qol vuran | Hakan Şükür (51) | ||
Stadion | Konya Böyükşəhər Bələdiyyə Stadionu Rams Park Şükrü Saracoğlu Stadionu Kayseri Kadir Has Stadionu Atatürk Olimpiya Stadionu | ||
FİFA kodu | TUR | ||
Ən yüksək FİFA reytinqi | 5 (iyun 2004) | ||
Ən aşağı FİFA reytinqi | 67 (oktyabr 1993) | ||
Elo reytinqi | 28 (sentyabr 2015) | ||
Ən yüksək Elo reytinqi | 9 (noyabr 2002) | ||
Ən aşağı Elo reytinqi | 82 (noyabr 1985) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
Türkiyə 2-2 Rumıniya (İstanbul, Türkiyə: 26 oktyabr 1923) | |||
Ən böyükhesablı qələbəsi | |||
Türkiyə 7-0 Suriya Suriya (Ankara, Türkiyə: 20 noyabr 1949) Cənubi Koreya 0-7 Türkiyə (Cenevrə, İsveçrə: 20 iyun 1954) Türkiyə 7-0 San-Marino (İstanbul, Türkiyə: 10 noyabr 1996) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Polşa 8-0 Türkiyə (Xojuv, Polşa: 24 aprel 1968) Türkiyə 0-8 İngiltərə (İstanbul, Türkiyə: 14 noyabr 1984) İngiltərə 8-0 Türkiyə (London, İngiltərə: 14 oktyabr 1987) | |||
İştirak | (İlk dəfə: 1954) | ||
Ən yaxşı nəticə | 3-cü yer |
Türkiyə Milli Komandası Beynəlxalq turnirlərə Avropa seçmələrindən qatılır. FİFA Dünya Çempionatı 2002-də Şenol Günəşin rəhbərliyi ilə üçüncü yeri tutdu, Fatih Terim rəhbərliyində Avropa Çempionatı 2008-də üçüncü yeri tutdu və Şənol Günəş rəhbərliyində gənc heyət ilə FİFA Konfederasiyalar Kuboku 2003-də üçüncü yeri tutdu. Tarixində iki dəfə FİFA Dünya Çempionatında iştirak etmişdir. Milli formanı ən çox 120 dəfə Rüştü Reçber geyinmişdir. Ən çox qol vuran isə 51 qol ilə Hakan Şükürdür.
Türkiyə Milli Komandası qitə miqyasında UEFA Avropa Çempionatında iştirak edir. Türkiyə Millisi ilk dəfə 1996-cı ildə UEFA Avropa Çempionatında iştirak etmişdir. Türkiyə Millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən UEFA Avropa Çempionatında üçüncü yeri tutmuşdur. 2015-ci ildə 13 oktyabr tarixində Türkiyə Millisi tarixində dördüncü dəfə UEFA Avropa Çempionatına vəsiqə qazandı. Həmin Avropa Çempionatı 2016-cı ildə Fransada keçiriləcəkdir.