Thik Quanq Dık
From Wikipedia, the free encyclopedia
Thích Quanq Dık (釋廣德, 1897 – 11 iyun 1963, Sayqon, Cənubi Vyetnam) — 11 iyun 1963-cü ildə Sayqonda yol kəsişməsində özünü yandıraraq ölən Vyetnam Mahayana Buddist rahib idi. Dık ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnam hökumətinin qatı roma katoliki olan Nqo Din Zyem tərəfindən buddistlərə edilən təqiblərə qarşı çıxırdı. Onun özünü yandırması ilə bağlı fotoşəkillər bütün dünyada yayılaraq Diem hökumətinin siyasətinə diqqət çəkdi. Con Kennedi bir fotoşəkil haqqında dedi: "Tarixdə heç bir şəkli dünyada bu qədər emosiya yaratmamışdır." Malkolm Braun rahibin ölümünü əks etdirən fotoya görə "İlin Dünya Mətbuat Fotosu" mükafatını qazanıb.
Thik Quanq Dık | |
---|---|
vyet. Thích Quảng Đức | |
Doğum tarixi | |
Doğum yeri | Hoi Khanh, Amman, Fransız Hind-Çini |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Özünü yandırma |
Fəaliyyəti | bhikşu |
Vikianbarda əlaqəli mediafayllar |
Quanq Dıkın bu hərəkəti Din üzərində beynəlxalq təzyiqi artırdı və onu Buddistləri sakitləşdirmək niyyəti ilə islahatlar elan etməyə vadar etdi. Lakin vəd edilən islahatlar həyata keçirilmədi və bu, mübahisənin pisləşməsinə səbəb oldu. Etirazlar davam edərkən, Dının qardaşı Niqo Dinh Nhuya sadiq Xüsusi Təyinatlı Qüvvələri Cənubi Vyetnamda Buddist paqodalarına basqınlar edilmiş və bunun nəticəsi kimi yeni ölümlərə və dağıntılar baş vermişdir. Buna cavab olaraq, bir neçə Buddist rahib Quanq Dıkdan nümunə götürərək özlərini də yandırdılar. Nəhayət, ABŞ-ın dəstəklədiyi hərbi çevriliş nəticəsində 2 noyabr 1963-cü il tarixində prezident Diem qiyamçılar tərəfindən öldürülmüşdü