Toğrul Nərimanbəyov
From Wikipedia, the free encyclopedia
Toğrul Fərman oğlu Nərimanbəyov (7 avqust 1930[1][2][…], Bakı, Azərbaycan SSR, SSRİ[1][3] – 2 iyun 2013[4][3], XV arondisman (Paris), Fransa[3]) — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.[5]
Toğrul Nərimanbəyov | |
---|---|
Doğum tarixi | 7 avqust 1930(1930-08-07)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 2013(2013-06-02)[4][3] (82 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
Mükafatları |
1989 1967 1964 1980 1974 2000 2010 1980 |
Vikianbarda əlaqəli mediafayllar |
Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.
Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.
O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi həm də şair idi. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa etmişdir. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər vermişdir.