UEFA Kuboku finalı 2001
From Wikipedia, the free encyclopedia
UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı.
UEFA Kuboku finalı 2001 | |||||||
---|---|---|---|---|---|---|---|
|
|||||||
Tarix | 16 May 2001 | ||||||
Yer | Siqnal İduna Park, Dortmund | ||||||
Matçın adamı | Qari Makallister (Liverpul)[1] | ||||||
Hakim | Jil Vesser (Fransa)[2] | ||||||
Tamaşaçı | 48.050 | ||||||
← 2000 2002 → |
Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.
48,050 tamaşaçının izlədiyi matçın 4-cü dəqiqəsində "Liverpul" Markus Babbelin qolu ilə önə keçdi. 16-cı dəqiqədə isə Stiven Cerrard fərqi 2 topa çatdırdı. İlk hissənin yarısında İvan Alonso hesab arasındakı fərqi azaltdı. İlk hissənin bitməsinə az vaxt qalmış isə Qari Makallister penaltidən hesabı 3-1 etdi. İkinci hissə başladıqdan az sonra Xavi Moreno ardıcıl olaraq iki dəfə fərqlənməklə hesabı 3-3 etdi. "Liverpul" bir daha 76-cı dəqiqədə Robbi Faulerin qolu ilə önə keçdi. Matçın bitməsinə 1 dəqiqə qalmış isə Xordi Kroyf hesabı 4-4 etdi. Bu halda matç əlavə vaxta qədər uzandı və ilk hissədə qol vurulmadı. Matç penalti vuruşlarına getdiyi bir anda isə Delfi Qeli başla avtoqola imza atdı. Əlavə vaxtın qızıl qol qaydasına görə "Liverpul" turnirin qalibi oldu. Bununla da "Liverpul" mövsümü İngiltərə Liqa Kuboku, İngiltərə Federasiya Kuboku və UEFA Kubokunu qazanmaqla tamamladı.