Ukraynadakı ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısında Ukraynadan 7 adda (2014-cü ilə) tarixi abidə daxil edilmişdir. Bunlardan 6-si mədəni kriteriyalar üzrə, 1-i isə təbiət kriteriyalaları üzrə əlavə edilmişdir. Mədəni kriteriyalar üzrə əlavə edilən obyekrlərin biri "insan zəkasının şedervi" kimi qəbul edilmişdir. Bundan başqa Ukrayna ərazisində olan daha 15 obyekt siyahıya daxil edilməyə namizəddir. 12 oktyabr 1988-ci ildə SSRİ-də "Ümumdünya mədəni və tarixi irsinin qorunması üzrə konvensiya" qəbul edilmişdir. İlk dəfə 1990-ci ildə UNESCOnun "Ümumdünya irsi" Komitəsinin 14-cü sessiyasında Ukrayna ərazisində olan obyektlər siyahıya daxil edilmişdir.Aşağıdakı siyahı iki cədvəldən ibarədir. Birinci cədvəldə UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş obyektlər, ikinci siyahıda isə Ukrayna hökuməti tərəfindən siyahıya daxil edilməsi namizəd kimi göstərilən obyektlər əks olunur. Obyektlər siyahıya daxil edilmə ardıcıllığı ilə düzülmüşdür. Hər obyektin yerləşdiyi ünvan, coğrafi kordinatları, yaranma tarixi, siyahıya salınma tarixi, dəyərləndirilmə kriteriyası və identifikasiya nömrəsi qeyd edilmişdir.