Vandeya üsyanı (fr. Guerre de Vendée) — Fransa Burjua İnqilabı dövründə yeni yaranmış Respublika hakimiyyətinə qarşı baş vermiş ən mühüm silahlı hərəkat.
Cəld faktlar Tarix, Yeri ...
Vandeya üsyanı |
---|
Böyük Fransa inqilabı |
Anri de Laroşjaklen Şole hücumunda. Pol Emil Butinyinin portreti. Şole tarix və incəsənət muzeyi |
Tarix |
1793-1796, 1799-1800 |
Yeri |
Vandeya, Şimali de-Sevr (Puatu), cənubi Men və Luara (Anju), Luara-Atlantik (Bretan) |
Nəticəsi |
Birinci Fransa Respublikasının qələbəsi |
|
Kanklo - Berruyer - Biron †- Leşel †- Şalbo - Rosinyol - Marso - Kleber - Türro - Düma - Qoş - Beysser †- Ober dü Baye - Bopoy - Vestermann - Hakso †- Santerr - Ronsen - Danikan - Travo
|
Katalino †- D'Elbe †- Laroşjaklen †- Şarett †- Stoffle †- Bonşan †- Leskür †- Royrand †- Talmon †- Donnissan †- Florizo - Forestye - Marinyi †- Liro †- Sapino - D'Otişam - Suzanne †
|
|
|
30 000
|
170 000 (Dinc əhali ilə birlikdə, itkilərin 4/1-dən 5/1-ə qədəri respublikaçılara aiddir.
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Üsyanın zirvə nöqtəsi Respublika təqvimi üzrə I illə (1793) IV ilin (1796) arasında olmuşdur. Vandeya üsyanı Fransanın qərbində göylər (respublika tərəfdarları) və ağlar (respublika əleyhdarları) arasında olan vətəndaş müharibəsinin ümumiləşdirilmiş adıdır. Bu hərəkat şuanlarla üzvi əlaqəyə malik idi, bəzən bu münaqişələri Qərbdə olan müharibə də adlandırırlar. Şuanlar Luara çayının sağ sahilində fəaliyyət göstərirdi, Vandeya üsyanı isə sol sahilində baş vermişdi. Vandeya termini həmçinin çaydan cənubda da baş vermiş üsyanı ifadə edir.
Bütün Fransada olduğu kimi Vandeyada da 1789-1792-ci illər arasında çoxsaylı kəndli qiyamları baş veriridi. Vandeya üsyanı başlayarkən ilik öncə klassik kəndli üsyanı kimi başlamışdı, daha sonra isə əksinqilabi xarakter aldı.
1795-ci ildəki kiçik sülh dövrü nəzərə alınmazsa, müharibə dayanmadan üç il ərzində davam etdi, 200 000-dən çox insanın ölümünə və kütləvi dağıntılarla yadda qaldı.