Vikinqlər
Skandinaviya əsilli sosial təbəqə / From Wikipedia, the free encyclopedia
Vikinqlər — azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlarda üzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf edib, Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayaq basan ilk avropalılar olub, Fransada və Şotlandiyada öz dövlətlərini yaradıblar.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyyətə gəldilər. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi. 814-cü ildə Böyük Karlın qurduğu Frank dövləti vikinqlərin və ərəblərin hücümlarından sonra dağıldı. Amma vikinqlərin düşmənları birləşəndə və vikinqlərə hücüm edəndə sonuncular uduzurdular. Belə ki, vikinqlər 878-ci ildə İngiltərədə məğlub oldular. 891-ci ildə anqlo-saks şahı Alfred vikinqləri məğlub etdi. Eləcə də frank ordusu vikinqləri məğlubiyyətə uğratdı.