Vikipediya:Səhifə silmə
From Wikipedia, the free encyclopedia
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 20 iyul — 4 avqust 2021
- Qüvvədədir: 4 avqust 2021-ci ildən
|
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin Vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Səhifə silmə — Vikipediya qaydalarına uyğun gəlməyən səhifələrin silinməsi üçün tərtib olunmuş qayda. Vikipediya bir gündə istənilən qədər səhifə aşağıdakı prosseslərə uyğun olaraq silinə bilər.
Vikipediya məqaləsinin silinməsi mövcud və keçmiş bütün versiyalarının silinməsi deməkdir. Səhifə boşaltma və ya redaktə geri qaytarma normal istifadəçilər tərəfindən edilə bilsə də, səhifə silmə sadəcə inzibatçılar tərəfindən icra edilə bilir. Bu prosesin əksi isə bərpa adlanır. Bütün bu fəaliyyətlər silmə qeydləri səhifəsində qeyd olunur. Əgər silmə zamanı konsensusun olmaması ilə bağlı şübhə yaranarsa, inzibatçılar silməni icra etməz.
Məqaləyə {{Sil}} və ya {{Silinməyə namizəd}} şablonu əlavə etməzdən öncə onun tarixçəsinə və müzakirə səhifəsinə baxmaq vacibdir. Ola bilsin ki, məqalənin silinməsi ilə bağlı təkliflər əvvəllər də olmuşdur. Lakin ümumi razılıq nəticəsində saxlanmasına qərar verilmişdir. Tarixçə səhifəsinə baxmaqla bəzən məlum olur ki, məqalə əvvəllər Vikipediya qaydalarına uyğun hazırlanmışdır. Lakin digər istifadəçilərin redaktələri nəticəsində Vikipediya stilinə uyğun olmayan hala salınmışdır. Bu halda məqaləni normal vəziyyətə qaytarmaq mümkündür.
Əgər məqalənin silinməsi ilə əlaqədar əvvəllər heç bir təklif edilməyibsə və ya saxlanması ilə əlaqədar verilmiş arqumentlər sizə yetərli görünmürsə, məqalənin silinməsini təklif edə bilərsiniz. Məqalənin silinib və ya qalmasında tərəddüd edirsinizsə, məqalənin adını Vikipediya:Silinməyə namizəd məqalələr səhifəsinə daxil edin və viki-cəmiyyətin fikrini öyrənin.