Volter Vayt
From Wikipedia, the free encyclopedia
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır.
Volter Hartvell Vayt | |
---|---|
Breaking Bad personajı | |
İlk görünmə |
"Pilot" (2008)
|
Son görünmə |
El Kamino (2019)
|
Yaradan | Vins Qilliqan |
Canlandıran | Brayan Krenston |
Məlumat | |
Ləqəb(lər)i | Heisenberg |
Cinsi | kişi[d] |
Peşə |
|
Həyat yoldaşı | Skayler Vayt |
Uşaqlar |
Volter Vayt Cuniyor (oğlu) Holli Vayt (qızı) |
Qohumlar |
Henk Şreyder (bacanağı) Mari Şreyder (baldızı) |
Milliyyəti | Amerikalı |
Evi |
|
Doğum tarixi | 7 sentyabr 1958 |
Ölüm tarixi | 7 sentyabr 2010 (52 yaşında) |
Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. İngiliscə “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. O vaxtlar bu şirkətin laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım da işə düzəlmişdi. Çox keçmir ki, Volter işlərində yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen dörd iyul bayramının birində Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı. Volter bu var-dövlət sahibi olan ailənin süfrəsində çörək yeyərkən özünü “aşağılıq” və “sınmış” kimi hiss edirdi. O, özünü Qretçenə yaraşdırmırdı. Sonda heç bir açıqlama vermədən şirkətdə sahib olduğu səhmlərini Eliota cəmi 5000 dollara sataraq ayrılır. Volter gör necə “bədbəxt” adamdır ki, gələcəkdə milyard dollar dəyərində olacaq bu şirkəti qədrini bilməyən adamların əllərinə əmanət edib gedir. Elliot və Qretçen baş verənlərin ardınca münasibət qurub ər-arvad olurlar. İkisi şirkət sayəsində milyardlarla dollar gəlir əldə edirlər. Bəlkə də deyə bilərik ki, onlar hər şeylərini Volterin kimya sahəsində apardığı tədqiqatlara borclu idilər. Volter onlarla mehriban münasibətini saxlamışdı, içdən isə hər ikisinə kin bəsləyirdi. Volter özündə noqsan görmürdü, düşünürdü ki, Eliot və Qretçen onu şirkətdən məqsədyönlü şəkildə qovub ki, araşdırmalarını oğurlayıb sərvət qazansınlar.
Cənab Vayt həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. Sağalmaz xəstəliyə düçar olan Volter yaxında öləcəyini bilir və bu səbəbdən ölümündən sonra ailəsi üçün pul qoymağa qərar verir. Kimya biliklərinə sahib olan Volter keçmiş şagirdi Cessi Pinkman (Aaron Pol) ilə bir araya gəlir və ikisi metamfetamin istehsal edib satmağa başlayır.
Volter serial davam etdikcə qəddarlaşmağa doğru gedir, sonralar narkobarona çevrilir və kimliyini gizlətmək üçün "Heyzenberq" ləqəbindən istifadə edir. Volter törətdiyi bu çirkin əməllərdən Skaylerin bacısı əri DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşı Henk Şreyderin (Din Norris) xəbərdar olmasını istəmir.