Xan-Tenqri
From Wikipedia, the free encyclopedia
Xan-Tenqri (qaz. Хан Тәңірі, qırğ. Кан-Теңири, çin. 汗腾格里峰) — Tyan-Şan dağ silsiləsində yerləşən dağ zirvəsi. Xan-Tenqri İsıkgölün şərqində Çin-Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşir. Onun geoloji hündürlüyü 6,995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7010 metrə çatır. Buna görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7000 metrlik zirvə sayılır. Xan-Tenqri adının hərfi mənası Qazaxca Kral Səması mənasına gəlir və çox güman ki, bu ad ilahi Göy Tanrıya istinad edir. Bəzi digər yerli dillərdə Xan Tenqri Şingi, Kan-Too Çokusu, Pik Xan-Tenqri, və Xantenqri Fenq kimi də adlanır.
Xan-Tenqri | |
---|---|
qırğ. Кан-Теңири, qaz. Хан Тәңірі, çin. 汗腾格里峰 | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Tyan-Şan |
Dağ silsiləsi | Tenqri-Taq |
Mütləq hündürlüyü | 7010 m |
Nisbi hündürlüyü | 1685 m |
İlk fəthi | 1931 (Poqrebetskiyin komandası) |
Yerləşməsi | |
42°12′39″ şm. e. 80°10′30″ ş. u. | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |
Xan-Tenqri Tyan-Şanda hündürlüyünə görə ikinci dağ zirvəsidir. Hündürlüyünə görə yalnız Ceniş Çokusudan (Qələbə zirvəsi mənasına gəlir, əvvəlki adı Pobeda zirvəsi, 7439 m) geri qalır. Xan-Tenqri Qazaxıstanın ən yüksək nöqtəsi , Qırğızıstanın isə Ceniş Çokusu və İbn Sina zirvəsindən (7,134 m) sonra üçüncü ən yüksək zirvəsidir. Bu dağ həm də dünyanın ən şimaldakı 7,000 metrlik zirvəsi sayılır. Sərt hava şəraiti və havanın seyrək olması ilə əlaqədar olaraq, zirvənin çox qısa alpinizm mövsümü var.