Xilaskar qan kilsəsi
From Wikipedia, the free encyclopedia
İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsi və ya sadəcə Xilaskar qan kilsəsi (rus. Собор Воскресения Христова на Крови, Спас-на-Крови) – Peterburqun mərkəzində memorial kilsə abidəsi. Kilsə 1 mart 1881-ci ildə təşkil olunan sui-qəsd nəticəsində ölümcül yaralanan imperator II Aleksandrın xatirəsinə ucaldılmışdır (Xilaskar qan ifadəsi imperatorun qanına işarə olunur). Kilsə bütün Rusiya ərazisindən toplanan vəsaitlə şəhid-çara ehtiram abidəsi kimi inşa olunmuşdur.
Xilaskar qan kilsəsi | |
---|---|
Собор Воскресения Христова (Спас-на-Крови) | |
59°56′24″ şm. e. 30°19′43″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Qriboyedov kanalı №2 |
Layihə müəllifi | Alfred Parland və arximandrit İqnati Malışev |
Tikilmə tarixi | 1883-1907 |
Üslubu | Rus üslubun sonuncu mərhələsi |
Hündürlüyü | 81 m |
Material | kərpic |
Rəsmi sayt | cathedral.ru/spasa_na_kr… |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810507000 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə Peterburqun tarixi mərkəzi sayılan Qriboyedov kanalının sahilində, Mixaylov bağının və Mars sahəsi meydanının yaxınlığında yerləşir. Doqquz günbəzli kilsənin hündürlüyü 81 m, tutumu isə 1600 nəfərdir. Kilsə-muzey rus memarlığının ən görkəmli abidələrindən biridir.
Məbəd 1883-1907-ci illərdə imperator III Aleksandrın sifarişi ilə memar Alfred Parland və arximandrit İqnatiusun (Malışev) birgə layihəsi üzrə inşa edilmişdir. Rusiya üslubunda inşa olunmuş bu layihə bir qədər Moskvadakı Vasili Blajennı kilsəsinə bənzəyir. Kilsənin tikintisi 24 il davam etmişdir. 19 avqust 1907-ci ildə kilsə təqdis edilmişdir.