Yapon iqtisadi möcüzəsi
Yaponiyanın sürətli iqtisadi inkişafı dövrü / From Wikipedia, the free encyclopedia
Yaponiyanın iqtisadi möcüzəsi — 1950-ci illərin ortalarında başlayan və 1973-cü il neft böhranına qədər davam edən Yaponiya iqtisadiyyatında rekord artımın tarixi bir fenomeni. İqtisadi möcüzə dövründə iqtisadiyyatın böyüməsi hər il demək olar ki, 10% idi, bu o dövrün inkişaf etmiş ölkələri arasında ən yüksək artım tempi idi. "Möcüzənin" səbəbləri arasında - vergilərin az olması və yapon elminin yeni texnologiyaları intensiv mənimsəməsi olmuşdur. Hansı ki, İkinci Dünya Müharibəsindən əvvəl hakimiyyətin təcrid siyasəti səbəbiylə yeni elmi məlumatların Yaponiyaya daxil olması mümkünsüz idi.
Qısa müddətdə sürətli böyümə Yaponiyaya nəinki müharibədəki məğlubiyyətdən tam şəkildə xilas olmağa, həm də iqtisadi gücdə (nominal dəyəri) Fransa, İtaliya, Kanada, Böyük Britaniya, Almaniya, SSRİ-ni geridə qoyaraq, ABŞ-dən sonra dünyanın ikinci iqtisadi dövləti yerini tutmağa imkan verdi[1][2]. Yaponiya 40 ildən çox dünyanın ikinci iqtisadiyyatı sayılmışdır: 1968-ci ildən bu yana, yalnız 2010-cu ildə ikinci yeri Çinə uduzmuşdur [3].
"İqtisadi möcüzə" dövründə Yaponiya iqtisadiyyatının fərqli xüsusiyyətləri bunlar idi:
- istehsalçılar, maddi-material tədarükçüləri, məhsul satıcıları və bankların "keiretsu" adlanan yaxından əlaqəli qruplarda birləşməsi;
- sahibkarların hökumətlə qarşılıqlı faydalı münasibətləri;
- iri korporasiyalarda ömürlük işlə təminat;
- fəal həmkarlar ittifaqı hərəkatı.
İqtisadi elmlər doktoru Andrey Belousov "möcüzə"nin 1985-ci ildə bitməsinin səbəbini, Yaponiyanın məşhur Plaza Sazişini (imzalandığı otelin adından götürülüb) imzalamaqda görür. Sazişdən sonra yenin 1,5 dəfə revalifasiyaya uğradılması (böyüdülməsi) Yaponiyada iqtisadi artım tempini aşağı saldı. Bu temp ildə təqribən 8% -dən 2% -ə düşdü [4].