Yarımmüdafiəçi (futbol)
From Wikipedia, the free encyclopedia
Yarımmüdafiəçi (ing. Midfielder; slenq: halfbək, ing. half-back — yarım-arxa) — futbolda oyunçunun hücumçu ilə müdafiəçi arasında tutduğu mövqe. Yarımmüdafiəçinin əsas vəzifəsi oyun zamanı situasiyadan asılı olaraq hücumçu və ya müdafiəçilərə kömək etməkdir.
Yarımmüdafiəçilər mövqe olaraq 4 yerə bölünür:
1)Dayaq yarımmüdafiəçiləri 2)Mərkəz yarımmüdafiəçiləri 3)Hücuma meyilli yarımmüdafiəçilər 4)Cinah yarımmüdafiəçiləri