Yaşıl türbə
From Wikipedia, the free encyclopedia
Yaşıl türbə — İldırım Bəyazidin oğlu Sultan I Mehmed tərəfindən 1421-ci ildə tikilmişdir. Memarı Hacı İvaz Paşadır. Bursanın simvolu halına gələn tikili şəhərin hər yerindən görünə bir mövqeyə malikdir. I Mehmed sağlığında türbəni tikdirib, 40 gün sonra da vəfat etmişdir. Türbədə Sultan Mehmed ilə oğulları Şahzadə Mustafa, Mahmud və Yusif ilə qızları Səlcuq Xatun, Sittin Xatun, Ayşə Xatun və dayəsi Dayə Xatuna aid olmaqla cəmi 8 sanduqə (məzar) vardır.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Cəld faktlar Ölkə, Şəhər ...
Yaşıl türbə | |
---|---|
40°10′53″ şm. e. 29°04′29″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Bursa |
Yerləşir | Bursa |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar | Hacı İvaz Paşa |
Sifarişçi | I Mehmed |
Tikilmə tarixi | 1421 |
Üslubu | Osmanlı memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla