Yuqoslaviya əməliyyatı
From Wikipedia, the free encyclopedia
Yuqoslaviya əməliyyatı, həmçinin Aprel müharibəsi[lower-alpha 1] və ya 25 saylı əməliyyat[lower-alpha 2] — 6 aprel 1941-ci ildə, İkinci Dünya müharibəsi zamanı Almaniyanın başçılığı ilə Ox dövlətlərinin Yuqoslaviya krallığına hücum əməliyyatı. Hücum əmri "25 nömrəli fürer direktivi”ndə irəli sürülmüşdür. Bu, Adolf Hitler tərəfindən 27 mart 1941-ci ildə, Yuqoslaviyada dövlət çevrilişində Ox dövlətlərinin tərəfdarı olan hökumətin devrilməsindən sonra verilmişdir.[4]
Yuqoslaviya əməliyyatı | |
---|---|
İkinci Dünya müharibəsində Balkan kampaniyası | |
| |
Tarix | 6–18 aprel 1941 |
Yeri | Yuqoslaviya |
Nəticəsi |
|
Ərazi dəyişikliyi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hücum əməliyyatı Lüftvaffe (Almaniya Hərbi Hava Qüvvələri) tərəfindən Belqrad və Kral Yuqoslaviya Hərbi Hava Qüvvələrinin (VVKJ) obyektlərinə böyük hava hücumu və Bolqarıstanın cənub-qərbindən Almaniya quru qüvvələrinin hücumları ilə başlamışdır. Bu hücumların ardınca Rumıniya, Macarıstan və Ostmarkdan (indiki Avstriya, sonradan Almaniyanın bir hissəsi) Almaniyanın hücumları baş tutmuşdur. İtaliya qüvvələri 11 aprelə qədər hava və artilleriya hücumları ilə məhdudlaşmışdı, lakin sonradan İtaliya ordusu Lyublyanaya (indiki Sloveniyada), həmçinin İstriya və Likadan keçərək Dalmatiya sahillərindən aşağıya doğru hücum etmişdir. Həmin gün Macarıstan qüvvələri Yuqoslaviyada Baçka və Baranyaya daxil olmuşdular. İtaliya qüvvələri kimi onlar da praktiki olaraq yüngül müqavimətlə üzləşmışdilər. İtaliyanın Albaniya protektoratının şimal hissələrinə Yuqoslaviyanın hücumu ilkin müvəffəqiyyətlə qarşılanmışdı, lakin Yuqoslaviya qüvvələrinin qalan hissəsinin dağılması səbəbindən nəticəsiz qalmışdır.
Alimlər Kral Yuqoslaviya Ordusunun qəfil süqutu üçün bir neçə nəzəriyyə irəli sürmüşdülər. Bunlara zəif təlim və təchizat, hərbi əməliyyatların tez dayandırılmasını təmin etmək istəyən generallar və xorvat, sloven və etnik alman beşinci kolonnanın fəaliyyəti aiddir. Beşinci kolonna nəzəriyyəsi onların son nəticəyə çox az təsir göstərdiyini irəli sürən alimlər tərəfindən sorğulanmışdır. 17 aprel 1941-ci ildə Yuqoslaviya ordusunun qeyd-şərtsiz kapitulyasiyasına əsaslanan və 18 apreldə günorta saatlarında qüvvəyə minən atəşkəs müqaviləsinin imzalanması ilə işğal başa çatmışdır. Yuqoslaviya krallığı daha sonra Ox dövlətləri tərəfindən işğal edilmiş və bölüşdürülmüşdür. Serbiya və Banatın böyük hissəsi Almaniyanın işğal zonasına çevrilmiş, Yuqoslaviyanın digər əraziləri isə qonşu Ox ölkələri, Almaniya, Macarıstan, İtaliya, Albaniya və Bolqarıstan tərəfindən ilhaq edilmişdir. Xorvatiya Müstəqil Xorvatiya Dövləti olmuşdur (serb-xorv. Nezavisna Država Hrvatska). Bu, Srem, Bosniya və Herseqovina, eləcə də Xorvatiya torpaqlarını əhatə edən işğal zamanı yaradılmış Ox kukla dövləti idi. 28 oktyabr 1940-cı ildə İtaliyanın Yunanıstana dayanmış işğalı və Almaniyanın "Marita" əməliyyatı adlanan Yunanıstana hücumu və Kritin işğal edilməsi ("Merkur" əməliyyatı) ilə yanaşı, Yuqoslaviya işğalı Almaniyanın Balkan kampaniyasının (alm. Balkanfeldzug) bir hissəsi idi.