Yuxarı Seyidəhmədli
Füzuli rayonunda kənd / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Seyidəhmədli.
Yuxarı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Təxminən 400–450 evdən ibarət idi. Kənddə klub, idarə binası, kitabxana, tibb məntəqəsi və tam orta məktəb var idi. Qonşu kəndlərdən uşaqlar (Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Aybasanlı, Merdinli, Alxanlı) bu kəndin məktəbinə oxumağa gələrdilər. Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Şükürbəyli kəndindən gəlib Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi.
Cəld faktlar Ölkə, Region ...
Yuxarı Seyidəhmədli | |
---|---|
39°34′48″ şm. e. 47°15′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla