İran-İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir.
Səddam Hüseyn Əli Həsən əl-Məcid Taha Yasin Ramadan İzzət İbrahim əd-Duri Tariq Əziz və Məsud Rəcavi
Tərəflərin qüvvəsi
305 000 əsgər ~550 000 könüllü 900 tank 1 000 zirehli texnika 1 000 artilleriya qurğusu 447 təyyarə 750 vertolyot
250 000 (1980) - 1 250 000 (1988) əsgər 5 000 tank 4 000 zirehli texnika 7 330 artilleriya qurğusu 500+ təyyarə 100+ vertolyot
İtkilər
Rəsmi məlumata əsasən 188 015 əsgər, könüllü və mülki şəxs öldürülüb[1][2] Əslində 800 000 nəfərin öldüyü güman edilir[3][4][5][6][7] İqtisadi itki - 500 milyard ABŞ dollarından artıq
~250 000–500 000 əsgər, könüllü və mülki şəxs öldürülüb və ya yaralanıb İqtisadi itki - 500 milyard ABŞ dolları
Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır.