İrredentizm
From Wikipedia, the free encyclopedia
İrredentizm - üzvlərinin, öz millətinin keçmişindən "itirilmiş" (və ya "oğurlanmış") hesab etdiyi əraziləri, torpaq iddiası / bərpası və işğal etmək yolu ilə ölkəsinə qatmaq niyyəti güdən siyasi və ya xalq hərəkatıdır.(yanaşmasıdır)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bəzi dövlətlər öz irredentist iddialarını konstitusiya və ya başqa hüquqi vasitələrlə formalaşdırır. Bu cür ərazi iddiaları real yaxud iddia edilən milli tarixi areal (məskunlaşma ərazisi), dini yaxud etnik mənsubiyyətlə əsaslandırılır. İrredentist siyasət əsasən milliyətçi və ya pan-milliyətçi hərəkatlar tərəfindən müdafiə edilə yaxud milli kimlik və ya mədəni, coğrafi siyasətin bir elementi ola bilər. İrredentizm hökumətin vətəndaşlarının xaricdəki vətəndaşlara qarşı narazılığını yönəldən bir vasitə ola bilər.