İslamın qızıl dövrü
İslamın mədəni, iqtisadi və elmi çiçəklənməsi dövrü (VIII–XIII əsrlər) / From Wikipedia, the free encyclopedia
İslamın qızıl dövrü ya da İslam renessansı[1] — VIII əsrdən XIII əsrə qədər[2] İslam dünyasının yüksəlişini ifadə edən dövr. Ancaq bəzi mənbələrdə bu dövrün XIV əsrə, bir başqa mənbələrdə isə XV əsrə qədər davam etdiyi deyilir.[3][4] Bu dövr əsnasında İslam dünyasında mühəndislər, alimlər, tacirlər sənətə, əkinçiliyə, iqtisadiyyata, sənayeyə, hüquqa, ədəbiyyata, gəmiçiliyə, fəlsəfəyə və elmə və texnologiyaya köhnə adətləri qoruyub yenilərini əlavə edərək iştirak etdi.[5] Hovard R. Terner: "Müsəlman sənətkarlar və alimlər, şahzadələr və işçilər birlikdə unikal bir mədəniyyət yaratdı, birbaşa və dolayı olaraq hər qitədəki cəmiyyətlərə təsir etdi." demişdir.[5]