İstifadəçi:Vago/Botun tənzimlənməsi
From Wikipedia, the free encyclopedia
Botların aktiv fəaliyyətinə yardım səhifəsi
Texnikanın indiki dövründə hərəyə bir Bot istifadə edə bilməsək, yerimizdə sayarıq! )
Bot yaratmaq üçün əvvəlcə həmin botun adını müəyyənləşdirib, o adla qeydiyyatdan keçirsiniz. Adətən bunu istifadəçi adına müvafiq edirlər, məsələn, istifadəçi adı Vago-dursa, botun adı Vagobot, yaxud VagoBot (təbii ki, əgər bu adda qeydiyyatdan keçən istifadəçi yoxdursa) seçirlər. Botun istifadəçi səhifəsinə (bizim halda şərti olaraq İstifadəçi:Vagobot səhifəsinə) {{Bot}} şablonu yerləşdirirsiniz. Bundan sonra onu istifadə edə bilmək üçün aşağıdakıları diqqətlə oxuyun və orada yazılanlara riayət etməklə yanaşı Vikipediya:Botlar səhifəsinə də baxmağı unutmayın. Çünki bot statusu almaq üçün ora müraciət etməli olacaqsınız.
Bot yaradılması və istifadəsi üçün Python proqramını buradan yükləyib kompyuterinizdə quraşdırınız. 3.2.1 versiyası müəyyən problemlər yarada bilər, o üzdən 2.7.2 və daha aşağı versiyaların quraşdırılması tövsiyə olunur. Daha yaxşı olar ki, 2.6.4 versiyası olsun. Sonuncu qeyd olunan versiyanı (2.6.4)buradan birbaşa yükləyə bilərsiniz.
Buradan isə müxtəlif pywikipedia hazır scriptlərini yükləyə bilərsiniz. Scriptləri buradan birbaşa yükləyə bilərsiniz. Bu scriptlər vasitəsi ilə, məqalələrə əlavələr, yaxud onlarda dəyişiklik edə bilərsiniz, hər hansı bir kateqoriyaya aid məqalələri başqa kateqoriyaya transportasiya edə bilərsiniz, şablonları başqa şablonlarla əvəz edə bilərsiniz, yeni məqalələr yarada bilərsiniz və s.
Scriptləri Python proqramının olduğu papkada pywikipedia papkasına yükləməniz tövsiyə olunur. Məsələn Python26 proqramını C:\Python26 papkasına yükləmisinizsə, onda scriptlər üçün C:\Python26\pywikipedia papkasını seçməniz münasibdir.
Bundan sonra C:\Python26\pywikipedia papkasında yerləşən "user-config.py" faylında botunuzun susmaya görə istifadəyə buraxılması üçün verilənlər daxil edirsiniz.
Məsələn,
console_encoding = 'cp1251' use_api = True family = 'wikipedia' mylang = 'az' usernames['wikipedia']['az'] = u'Botunuzun adı' # Əgər botunuzun digər layihələrdə də, məsələn Rusca Vikipediyada fəaliyyət göstərmə icazəsi varsa, aşağıdakı kimi əlavə edə bilərsiniz : usernames['wikipedia']['ru'] = u'Botunuzun adı' minthrottle = 10 maxthrottle = 30 put_throttle = 10
Sonuncu 3 parametr botun növbəti fayl üzərində işə başlamaq üçün zaman intervalını xarakterizə edir. Məsələn put_throttle = 0 fasilə vermədən növbəti əməliyyata keç deməkdir.
cp1251 kodlaması klaviaturanın kiril yığımı standartına uyğundur. Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə işləmək üçün ən münasib olan bu cür kodlama türkcəyə müvafiq olan cp1254-dür.