Şərqi Anadolu regionu
From Wikipedia, the free encyclopedia
Şərqi Anadolu regionu — Türkiyənin yeddi coğrafi regionundan biridir. 1941-ci ildə Anadolu torpaqlarının şərqində yerləşdiyi üçün Birinci Coğrafiya Konqresi tərəfindən belə adlandırılmışdır. Ölkənin ən aşağı sıxlıq və əhalisinin olduğu regiondur. Bunun əsas təsirlərindən biri də, regionun sahəcə böyük olmasıdır.
Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Şərqi Anadolu regionu | |
---|---|
Doğu Anadolu Bölgesi | |
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | iyun 1941 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Şərqi Anadolu regionunun səthi sahəsi 164.000 km²-dir. Sahəsinə görə Türkiyə torpaqlarının 21%-ni əhatə edir. 2012-ci il əhali siyahıyaalınmasına əsasən, region əhalisi 5,906,680 nəfər olmuşdur. Əhalisinə görə ən böyük il Van, sahəsinə görə isə Ərzurumdur. Əsas dolanışıq mənbələri heyvandarlıq və əkinçilikdir.