II Əbdülməcid
Osmanlı xanədanının sonuncu xəlifəsi / From Wikipedia, the free encyclopedia
II Əbdülməcid[4] və ya Əbdülməcid Əfəndi (osman. عبد المجيد افندی; türk. Abdülmecid Efendi)[5] (29 may 1868[1][2], Beşiktaş – 23 avqust 1944[1][3][…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə.
II Əbdülməcid | |
---|---|
osman. عبد المجید ثانى türk. II. Abdülmecid | |
19 noyabr 1922 – 3 mart 1924 | |
Əvvəlki | VI Mehmed |
Sonrakı | xilafət ləğv edildi |
Osmanlı sülaləsinin 2-ci rəisi (sürgündə) | |
16 may 1926 – 23 avqust 1944 | |
Əvvəlki | VI Mehmed |
Sonrakı | Əhməd Nihad Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may 1868(1868-05-29)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1944(1944-08-23)[1][3][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Atası | Əbduləziz |
Anası | Heyranıdil Qadınəfəndi |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı.
Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi. Qanuna əsasən, Osmanlı xanədanının bütün üzvləri birbaşa ölkədən deportasiya edildilər; həmin axşam Əbdülməcid ailəsi və qulluqçuları ilə birlikdə İsveçrəyə sürgün edildi.
İsveçrədəki həyat Əbdülməcid üçün çox baha başa gəldi və bunun üçün o, Londona köçməyi qərara aldı, ona artıq Heydərabad nizamı Mir Osman Əli xan Siddiqidən annuitet təyin edilmişdi. Bu zaman keçmiş xəlifə siyasətə marağını itirmişdi və siyasətdən çəkilərək əlavə məşğuliyyətlərini yerinə yetirirdi; rəsm çəkir, musiqi ilə məşğul olurdu. Əbdülməcid 1931-ci ildə qızının toyundan sonra Nitsaya, sonra isə Parisə köçdü və 13 il orada yaşadıqdan sonra 76 yaşında öldü.