User:Lodzdeena/ABŞ tarixi (1776–1789)
From Wikipedia, the free encyclopedia
Amerika inqilabının nəticəsində on üç ingilis koloniyası 1776–1789-cu illər aralığında yeni müstəqil dövlət olan Amerika Birləşmiş Dövlətləri kimi meydana çıxdı. Amerika inqilab müharibəsi 1775-ci ildə koloniya milisləri ilə ingilis ordusu arasında başladı. İkinci Kontinental Konqres 4 iyul 1776-cı ildə İstiqlal bəyannaməsini nəşr etdi. Konfederasiya maddələri 1781-ci ildə təsdiqləndi və Konfederasiya Konqresi yaradıldı. General Corc Vaşinqtonun rəhbərliyi ilə Kontinental ordu və donanma ingilis ordusunu məğlub edərək on üç koloniyanın müstəqilliyinə təminat verdi. Konfederasiya dövrü 1789-cu ilə – ştatların Konfederasiya maddələrini ABŞ Konstitusiyası ilə dəyişdirməsinə qədər davam etdi.
1780-ci illər İnqilab müharibəsi dövründə yaranan borclar, Konqresin vergi yığa bilməməsi və Kontinental dollarının böyük ölçüdə inflyasiyaya məruz qalması səbəbindən ABŞ üçün iqtisadi geriləmə dövrü idi. "Common Sense" və "The Federalist Papers" kimi siyasi məqalələrin Amerika mədəniyyəti və ictimaiyyəti üzərində böyük təsiri oldu. Şimal-qərb bölgəsi 1787-ci ildə ilk federal bölgə kimi yaradıldı və bu bölgədəki sərhəd münaqişəsi Şimal-qərb hindu müharibəsinə səbəb olan bir sıra konfliktlərə səbəb oldu. İnqilab və Konfederasiya dövrü Maarifçilik dövrü fikirlərinin populyarlaşdığı və elmi tərəqqini təşviq edən dövr – Amerika maarifçiliyi dövründə yer alır.