2008 Yay Olimpiya Oyunları
From Wikipedia, the free encyclopedia
XXIX Olimpiya Oyunları və ya 2008 Yay Olimpiya Oyunları (ing. 2008 Summer Olympics, fr. Jeux Olympiques d'été de 2008, çin. 2008年夏季奥林匹克运动会) — 8–24 avqust 2008-ci il tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçirilmişdir. Bu şəhərdə keçirilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 13 iyul 2001-ci ildə Moskvada toplanan 112-ci sessiyasında verilmişdi. Keçirilmiş səsvermənin nəticəsinə əsasən Çin paytaxtı Toronto, Paris, İstanbul və Osakanı qabaqlamışdı.
XXIX Yay Olimpiya Oyunları | |
---|---|
çin. 第二十九届夏季奥林匹克运动会 | |
Şəhər | Pekin, ÇXR |
Şüar |
Bir dünya, bir arzu (同一个世界 同一个梦想) |
İştirakçı dövlətlər | 204 |
İdmançıların sayı |
10,942 4,637 qadın, 6,305 kişi)[1] |
Açılış mərasimi | 8 avqust |
Bağlanış mərasimi | 24 avqust |
Rəsmən açılışı edib | 8 avqust |
Olimpiya andı | Çjan İnin |
Andı söyləyən hakim | Xuan Lipin |
Olimpiya məşəli | Li Nin |
Stadion | Pekin Milli Stadionu |
Vikianbarda əlaqəli mediafayllar |
Pekinlə yanaşı bəzi oyun növləri üzrə yarışlar Honkonq, Tyançzin, Çzindao, Çzinhuandao, Şanxay və Şenyan şəhərlərində keçirilmişdir.
Oyunların açılış mərasimi Çin standart vaxtına görə 08.08.08-ci il tarixində saat 08:08:08-də Pekin milli stadionunda baş tutdu. 28 idman növü üzrə keçirilən 302 yarışda 204 ölkədən 11 000-dən artıq atlet iştirak edirdi. Monteneqro, Marşall adaları və Tuvalu komandaları ilk dəfə bu Olimpiya oyunlarında debüt etmişdilər.