2019 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2019 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2019; fr. Concours Eurovision de la chanson 2019) — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir. Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə İsrail 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. 1979 və 1999-cu ildən sonra bu İsraildə keçirilən üçüncü Avroviziya müsabiqəsidir. İsrailin paytaxtı olan Qüds şəhəri iki dəfə müsabiqəyə ev sahibliyi etmiş olsa da, Avropa Yayım İttifaqı və IBPC telekanalının birgə qərarı ilə Avroviziya 2019-a ev sahibliyi üçün liman şəhəri olan Tel-Əviv seçilmişdir. Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream" (ing. Xəyal etməyə cəsarət et) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqəyə aparıcılıq etmişdir[2].
2019 Avroviziya Mahnı Müsabiqəsi "Dare to Dream" "azərb. Xəyal Etməyə Cəsarət Et" | |
---|---|
I yarımfinal | 14 may 2019 |
II yarımfinal | 16 may 2019 |
Final | 18 may 2019 |
Aparıcı(lar) | Erez Tal Bar Rafaeli Assi Azar Lüsi Əyyub |
Direktor | Yon Ola Sand |
Kanal | IPBC (KAN) |
Keçirilən yer | Expo Tel Aviv, Tel-Əviv, İsrail |
Qalib mahnı | Niderland "Arcade" |
Seçki sistemi | 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 41 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Bolqarıstan Ukrayna[1] |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2018 2020 ► |
7 noyabr 2018-ci il tarixində Avropa Yayım İttifaqı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da 42 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2018-ci ildə Avroviziyada iştirak edən ölkələrdən Bolqarıstan maliyyə problemləri səbəbindən Tel Əvivdə keçirilən müsabiqədə iştirak etməyəcək. 27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdir.
18 may tarixində baş tutan final şousunda Niderland təmsilçisi Dankan Lourens ifa etdiyi "Arcade" mahnısı ilə 498 xal toplayaraq qalib gəlmişdir. Bu Niderlandın Avroviziyada 5-ci qalibiyyəti olmuşdur.