Abbasilər xilafəti
From Wikipedia, the free encyclopedia
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan[2] daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur.
Teokratik imperiya | |||||
Abbasilər xilafəti | |||||
---|---|---|---|---|---|
الخلافة العباسية əl-Xilafə əl-Abbasiyya | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Səmərra, Kufə, Bağdad, Bağdad, Qahirə | ||||
Ən böyük şəhər | Bəsrə, Dəməşq, Qahirə, Kufə, İsfahan, Təbriz | ||||
Dilləri | ərəb dili, fars dili | ||||
Rəsmi dilləri | ərəb dili | ||||
Valyuta | Dirhəm | ||||
Ərazisi |
|
||||
İdarəetmə forması | Teokratiya | ||||
Sülalə | Abbasilər | ||||
Dövlət başçıları | |||||
İlk xəlifə | |||||
• |
Səffah (750-754) |
||||
Son xəlifə | |||||
• |
Əl-Müstəsim (1242-1258) |
||||
Vikianbarda əlaqəli mediafayllar |
Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür.