Adi pekan
From Wikipedia, the free encyclopedia
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur.
Adi pekan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Adi pekan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir.
Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir. 3–10 ədəd olmaqla bir salxımda bitir. Tam yetişdikdə qərzəyi partlayır. Qəhvəyi rəngli, silindrik formalı nazik və hamar qabıqlıdır. Uc tərəfi bir qədər şiş olur. Daxilində şirin qırmızı-qəhvəyi rəngli ləpəsi yerləşir. Ləpə meyvənin 38–50%-ni təşkil edir. Pekanın tərkibində 70% yağ, 8–19% zülal, 14,3% karbohidrat və başqa maddələr vardır. Meyvələri təzə və qurudulmuş halda yeyilir.
Qənnadı sənayesində, aşpazlıqda və yağ almaq (zeytun yağına oxşar) üçün sərf edilir. Pekanın oduncağı açıq qəhvəyi rəngdə, bərk, ağır olduğundan kənd təsərrüfatı maşınları üçün müxtəlif hissələr hazırlanmasında işlədilir.[1]