Albrext Dürer
From Wikipedia, the free encyclopedia
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[3][4][…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[5][6][…] – 6 aprel 1528[3][7][…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[5][6][…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri[8]. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir.[9] Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur[10][11]. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur[12]. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır.
Albrext Dürer | |
---|---|
alm. Albrecht Dürer | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nürnberq, Bavariya, Müqəddəs Roma imperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Nürnberq, Bavariya, Müqəddəs Roma imperiyası |
Fəaliyyəti | rəssam, rəssam-qravüraçı[d], riyaziyyatçı, müzəhhib[d], mis qravüraçısı, incəsənət nəzəriyyəçisi[d], boyakar[d], illüstrasiyaçı[d] |
Janrlar | portret, dini rəssamlıq[d][1], tarix rəssamlığı[1], mifologiya rəssamlığı[d][1], janr rəssamlığı[1], avtoportret[1], peyzaj[1] |
Stil | alman intibahı[d][2] |
Tanınmış işləri | |
Tələbələri | Xans Baldunq[d], Yuli Sezar Skaliqer[d] |
Vikianbarda əlaqəli mediafayllar |