Alfredo Stefano Di Stefano Laullye[7] (isp. Alfredo Stéfano Di Stéfano Laulhé; 4 iyul 1926[1][2][…], Buenos-Ayres[3] – 7 iyul 2014[4][5][…], Madrid[3]) — hücumçu mövqeyində oynamış Argentina əsilli futbolçu və məşqçi, futbol tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. "Sarışın ox" (La saeta rubia) ləqəbli[8][9][10] futbolçu güclü, cəld, məharətli və məhsuldar hücumçu idi. Meydançanın demək olar ki hər yerində oynamağı bacaran o, əzmkarlığı, taktiki çox yönlüliyi, yaradıcılığı və uzaqgörənliyi ilə seçilirdi.[11][12][13][14] O, ən çox "Real Madrid" ilə qazandığı uğurları ilə məşhurdur, orada o, 1950-ci illər ərzində klubun Çempionlar Kuboku və La Liqada hegemonluq edən heyətin vacib hissəsi idi. O, Fransisko Xento və Xose Mariya Sarraqa ilə birgə beş qələbənin hamısında rol oynayan üç oyunçudan biri idi. Finalların hər birində o, qol vura bilmişdir. Di Stefano Madridə köçdükdən sonra əsasən İspaniya millisinin şərəfini qorumuşdur, lakin Argentina və Kolumbiya millilərində də çıxış etmişdir.
Cəld faktlar Ümumi məlumatlar, Ləqəbi ...
Alfredo Di Stefano |
---|
isp. Alfredo Di Stéfano |
Alfredo Di Stefano 1947-ci ildə Argentina komandasının forması ilə |
Ləqəbi |
"Sarışın ox" (La saeta rubia) |
Doğum tarixi |
4 iyul 1926(1926-07-04)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi |
7 iyul 2014(2014-07-07)[4][5][…] (88 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
- Almudena qəbiristanlığı[d]
|
Vətəndaşlığı |
|
Boyu |
178 sm |
Çəkisi |
80 kq |
Mövqeyi |
hücumçu |
|
|
Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla