Aprel işğalı
Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətini qurmaq məqsədilə 11-ci Qızıl Ordu hissələrinin və Volqa-Xəzər hərbi flotiliyasının Azərbaycan bolşevikləri ilə sıx koordinasiyada həyata keçirdiyi hərbi əməliyyat / From Wikipedia, the free encyclopedia
Bakı əməliyyatı[1][2][3][4][5], Aprel inqilabı[6][7][8][9] (azərb. آ ﭘﺭﻳﻞ ﺍﻧﻘﻼﺑﯽ [10]), Aprel çevrilişi[11] və ya Azərbaycanda sovet hakimiyyəti qurulması[12] — Azərbaycan hökumətini devirmək və ölkədə Sovet hakimiyyətinin qurulması məqsədilə, XI Qırmızı Ordu və Volqa-Xəzər hərbi donanmasının Azərbaycan bolşevikləri ilə yaxın koordinasiyalanmış və həyata keçirilən hücum hərbi əməliyyatıdır. Bakı əməliyyatının planı Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) liderləri olan Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı.[13]
Bakı əməliyyatı | |||
---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi (1918–1920),Rusiya vətəndaş müharibəsi | |||
| |||
Tarix | 27 aprel — 28 aprel 1920 | ||
Yeri | |||
Səbəbi | Bakının vacib şəhər olması | ||
Nəticəsi | Azərbaycanın təslim olması, Azərbaycan Sovet Sosialist Respublikası elan edilməsi. | ||
Ərazi dəyişikliyi | Azərbaycan Xalq Cümhuriyyətinin süqutu | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
1919–1920-ci illərdə dərin siyasi və sosial-iqtisadi böhran yaşayan Azərbaycanda daxili siyasi vəziyyət gərgin idi: ölkənin qəzalarında müxtəlif siyasi və sosial qruplar arasındakı silahlı münaqişələr baş verirdi. Eyni zamanda, 1918-ci ildə Sovet hakimiyyətinin dağılması anından etibarən, yeraltı cəmiyyətlərdə müxtəlif siyasi partiyalar və sosialist oriyentasiyalı təşkilatlar fəaliyyət göstərirdi. Onlar siyasi məqsədlərinə nail olmaq üçün 1920-ci ilin fevralında AK(b)P ilə birləşdi.
1920-ci ilin aprelində XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarlar Azərbaycanla sərhədi keçdi və düşmən arxasında uğurlu dərin basqın etdi.
Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi. Fövqəladə toplantıda məclis Azərbaycan Kommunist Partiyasına hakimiyyəti vermək üçün səs verdi. Ölkə daxilinə daxil olan XI Qırmızı Ordunun hərbi dəstəyi ilə yeni hökumət qısa müddət ərzində Azərbaycanın qalan hissəsini də nəzarəti altına aldı. Bu hadisələrin əsas nəticəsi Azərbaycanda Sovet hakimiyyətinin qurulması (Kommunist Partiyasının rəhbərliyi ilə) və müstəqil Azərbaycan Sovet Sosialist Respublikasının elan edilməsi idi. Və Azərbaycan SSR 1922-ci ilə qədər müstəqil bir dövlət kimi fəaliyyət göstərdi.