Asfiksiya
From Wikipedia, the free encyclopedia
Asfiksiya (q.yun. ἀ- — q.yun. σφύξη — nəbz; hərfən — nəbzin yoxluğu), və ya boğulma — kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur[1]. Asfiksiyanın bir növü udma zamanı boğulma, ki xüsusi ilk yardım tələb edir (aşağıya baxın).
Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır[2]:
- tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması
- ağciyərlərə maye dolması
- suda boğulan adamların ağciyərlərinə su dolduqda
- dölün tənəffüs yoluna dölyanı maye dolduqda
- qırtlağın iltihab nəticəsində daralması
- tənəffüs əzələlərinin iflici
- toxuma tənəffüsünün pozulması[3].