Beliz Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Beliz ilk dəfə 1968-ci ildə Mexiko şəhərində keçirilmiş XIX Yay Olimpiya Oyunlarında iştirak edib. O vaxtdan Beliz 1980-ci il Moskva olimpiadası istisna olmaqla bütün Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə Qış Olimpiya Oyunlarında heç vaxt iştirak etməyib. Beliz Rio olimpiadası da daxil olmaqla ümumilikdə Yay Olimpiya Oyunlarında 49 idmançı ilə təmsil olunmuşdur.[1] Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.[2][3]
Beliz Olimpiya Oyunlarında | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Olimpiya tarixi | ||||||||||
Yay Olimpiya Oyunları |
||||||||||
1968* • 1972* • 1976 • 1980 • 1984 • 1988 • 1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 * Britaniya Hondurası adı altında |
Beliz 1968 və 2016-ci illər arasında Olimpiya Oyunlarında medal qazana bilməyib.
Beliz Olimpiya və Birlik Oyunları Assosiasiyası 1967-ci ildə yaradılıb və elə həmin ildə Beynəlxalq Olimpiya Komitəsində qeydiyyatdan keçib.[4]