Bəsitçay Dövlət Təbiət Qoruğu
From Wikipedia, the free encyclopedia
Bəsitçay dövlət təbiət qoruğu — nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Qoruğun adı monqol mənşəli olub, Beysut tayfasının adından götürülüb. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir, lakin əsl nəhəng-yaşı 1200–1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600–800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Bəsitçay dövlət təbiət qoruğu | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 107 ha |
Mütləq hündürlüyü | 600-800 m |
Yaradılma tarixi | 4 iyul 1974 |
İdarəetmə orqanı | AETSN |
Məhvolma təhlükəsi | 1993-cü ildən talan edilmiş ərazi |
Dağ | Kiçik Qafqaz |
Çay | Bəsitçay |
Florası | Şərq çinarı |
Yerləşməsi | |
39°03′09″ şm. e. 46°36′46″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan |
Yerləşməsi | Kiçik Qafqaz |
[[Fayl:|280px|Bəsitçay dövlət təbiət qoruğu xəritədə]] Bəsitçay dövlət təbiət qoruğu |
|
[[Fayl:|280px|Bəsitçay dövlət təbiət qoruğu xəritədə]] Bəsitçay dövlət təbiət qoruğu |
|
Bəsitçay dövlət təbiət qoruğu. 29 oktyabr 1993-cü ildən işğal altında[1] |