Cənubi Koreya vonu
From Wikipedia, the free encyclopedia
Cənubi Koreya vonu (Koreya dilində: 대한민국 원; işarəsi: ₩; ISO 4217: KRW) - Cənubi Koreyada istifadə edilən rəsmi pul vahididir. Koreya Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Koreya vonu 100 jeona bərabər olsa da, jeon artıq gündəlik həyatda deyil, yalnız mühasibatda istifadə edilir.[1] 1902–1910-cu illər arasında valyuta “von” adı altında dövriyyəyə buraxılmışdı. Koreya Respublikasının rəsmi pul vahidi kimi istifadə edilməyə başlanması isə 1945~1953 illərə təsadüf edir. Hazırkı valyuta ictimaiyyətə 1962-ci ildə təqdim olunmuşdur. 1953-cü il valyuta islahatından əvvəl pulların üzərindəki von yazısı hanca (çin loqoqramları) ilə qeyd edilsə də, islahatlardan sonra əvvəlkilərdən fərqləndirmək üçün yalnız Koreya əlifbası ilə qeyd edilməyə başlanmışdır. Koreyada sikkə olaraq 10, 50, 100, 500 vondan, əskinaz olaraq isə 1000, 5000, 10000, 50000 vondan istifadə olunur.
Cənubi Koreya vonu | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | KRW (422) | |||
Simvol | ₩ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Cənubi Koreya | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | jeon (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | ₩10, ₩50, ₩100, ₩500 | |||
Əsginas | ₩1,000, ₩5,000, ₩10,000, ₩50,000 | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 6 dekabr 1947 | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Koreya Mərkəzi Bankı | |||
eng.bok.or.kr | ||||
Vikianbarda əlaqəli mediafayllar |