Edge (videooyun)
video oyun / From Wikipedia, the free encyclopedia
Edge (azərb. Kənar) — "Mobigame" tərəfindən "iOS" qurğuları üçün hazırlanan və nəşr olunan pazl videooyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir. Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii U və Nintendo 3DS.
Edge | |
---|---|
| |
Hazırlayan | Mobigame |
Yayımlayan | Mobigame |
Buraxılış tarixi | |
Janrlar | |
Dizaynerlər |
|
Proqramçılar |
|
Rəssamlar |
|
Bəstəkarlar |
|
Texniki məlumat | |
Platforma | Android, Linux[1], Microsoft Windows[1], macOS[1], iOS, PlayStation 3, iPadOS[d] |
Oyun rejimi | birnəfərli oyun[1] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], niderland dili[1], çex dili[1], fin dili[1], polyak dili[1], portuqal dili[1], türk dili[1] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
"Edge" tənqidçilərdən müsbət rəylər almışdır. Onlar oyunun minimalist səviyyə dizaynını və çiptyun saundrekini tərifləmişdir. Oyun həmçinin, Ən yaxşı mobil oyun üzrə Milton mükafatı, V Beynəlxalq Mobil Oyun Mükafatlarında iki kateqoriya və üç Müstəqil Oyunlar Festivalı kateqoriyaları üzrə nominasiya daxil olmaqla bir neçə mükafata layiq görülmüşdür. "Edge Extended" adlı içində yeni səviyyələr, yeni musiqilər, yeni üçölüçülü mühərrik və yeni süni intellektdən istifadə edən qaranlıq kub rəqibi olan bir genişləndirmə buraxılışdır. Bu genişləndirmə 25 avqust 2011-ci il tarixində iOS qurğuları, 27 yanvar 2012-ci il tarixində isə Android qurğuları üçün müstəqil bir applikasiya olaraq buraxılmışdır. "Two Tribes" bu genişləndirməni orijinal oyunun Mac OS X, Linux və Windows versiyaları üçün endirilə bilən məzmun kimi buraxmış və daxilində orijinal oyunun Wii U və Nintendo 3DS versiyalarını daşıyırdı.