Elen Conson-Serlif
From Wikipedia, the free encyclopedia
Elen Conson-Serlif (d. 29 oktyabr 1938, Monroviya, Liberiya) — Siyasətçi və 2006-cı ildən Liberiyanın 24-cü prezidenti, "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-cii ildə Tavakul Karman və Leyma Qbovi ilə birlikdə Nobel Sülh mükafatı laureatı qalibi.[1] Onun seçkilərdə qələbəsi 23 noyabr 2005-ci ildə rəsmi olaraq elan edildi. O, Afrika ölkələrinin ilk qadın prezidentidir. Ölkənin vitse prezidenti isə Cozef Bokaydır. Ciddi xarakteri və əzminə görə o, tez-tez "Dəmir ledi" ilə müqayisə olunur. Onun 16 yanvar 2006-cı ildə andiçmə mərasimində ABŞ dövlət katibi Kondoliza Rays və ABŞ-nin birinci xanımı Laura Buş da iştirak etmişlər.
Cəld faktlar Liberiyanın 24-cü prezidenti, Şəxsi məlumatlar ...
Elen Conson-Serlif | |
---|---|
ing. Ellen Johnson-Sirleaf | |
Liberiyanın 24-cü prezidenti | |
16 yanvar 2006 – 22 yanvar 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (85 yaş) |
Doğum yeri | Liberiya, Monroviya |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı, təşəbbüskar, yazıçı |
Həyat yoldaşı | Ceyms Serlif |
Uşağı | 3 |
Dini | metodizm[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla