Equinox (qrup)
From Wikipedia, the free encyclopedia
Equinox — Bolqar ifaçılar Jana Berqendorf, Qeorqi Simyonov, Vladimir Mixaylov və Amerikan ifaçıları Conni Manuel və Trey Kempbelldən təşkil olunan Bolqarıstan musiqi qrupu. Qrupun prodüseri Borislav Milanov qrupun adının gecə və gündüzün bərabərliyi anlamına gələn Ekinoks terminindən götürüldüyünü bildirmişdir.
Cəld faktlar Əsas məlumatlar, Üslub ...
Equinox | |
---|---|
Əsas məlumatlar | |
Üslub | pop musiqisi |
Fəaliyyət illəri | 2018–h.h. |
Ölkə | Bolqarıstan |
Leybl | Symphonics International |
Heyət |
Jana Berqendorf Qeorqi Simyonov Conni Manuel Trey Kempbell Vlado Mixaylov |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Equinox qrupu "Bones" mahnısı ilə Bolqarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.[1][2] Müsabiqənin final mərhələsinə yüksələn qrup nəticədə 166 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.