Fateh Sultan Mehmet körpüsü
From Wikipedia, the free encyclopedia
Fateh Sultan Mehmed Köprüsü— İstanbulda Kavacık ilə Hisarüstü arasında, Asiya ilə Avropanı Boğaziçi körpüsündən sonra ikinci dəfə birləşdirən asma körpü. Tikintisinə 4 yanvar 1986-cı ildə başlanılan və ankraj blokları arasında uzunluğu 1.510 mt, orta açıqlığı 1,090 m, eni 39,4 m, dənizdən hündürlüyü 64 m olan körpüdü.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Fateh Sultan Mehmed Körpüsü | |
---|---|
41°05′24″ şm. e. 29°03′36″ ş. u. | |
Keçid | Bosfor |
Yeri | İstanbul |
Material | polad |
Uzunluğu |
|
Eni | 39 m |
Hündürlüyü | 110 m |
Açılışı | 3 iyul 1988 |
Vikianbarda əlaqəli mediafayllar |
Tikintiyə 4 yanvar 1986-cı ildə başlanılmış və hazırda dünyanın ən böyük polad asma körpüləri içində 14-cü sırada yer alan bu böyük layihə 3 iyul 1988-ci ildə tamamlanmışdır.
Mövcud körpüdəki tıxacın aradan qaldırılması, körpüdə həddindən artıq nəqliyyat vasitəsinin yüklənməsinin azaldılması və daha yüksək standartlaşdırılmış halqa yolun yaradılması barədə qərar qəbul edildi. Körpünün layihəsini Boğaziçi körpüsünün də dizaynını hazırlayan Freeman, Fox and Partners şirkəti üzərinə götürdü. İnşaat işləri isə tenderdə qalib gələn Ishikawajima Harima Heavy Industries Co. Ltd., Mitsubishi Heavy Industries Ltd. ve Nippon Kokan K. K. adlı yapon konsorsiumu gördü. İnşaat işləri üçün 125 milyon dollar verildi.[1] 29 may 1985-ci ildə boğaz üzərində ikinci körpününün təməli qoyuldu.