Georq Zimmel
From Wikipedia, the free encyclopedia
Georq Zimmel (alm. Georg Simmel; 1 mart 1858[1][2][…], Berlin[3] – sentyabr 1918, Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Georq Zimmel | |
---|---|
alm. Georg Simmel | |
Doğum tarixi | 1 mart 1858(1858-03-01)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | sentyabr 1918 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Vətəndaşlığı | |
Əsas maraqları | fəlsəfə, Din sosiologiyası |
Təsirlənib | Maks Veber |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur.[4]