Havay Universiteti
From Wikipedia, the free encyclopedia
Havay Universiteti — ABŞ-ın Havay ştatında dövlət kollec və universitet sistemi. Sistem Havay ştatında altı adada paylanmış 3 Universitet, 7 İcma kolleci, 1 Məşğulluq Təlim mərkəzi, 3 Universitet mərkəzi, 4 Təhsil mərkəzi və müxtəlif Tədqiqat mərləzlərini əhatə edir. Universitet bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verir.
Havay Universiteti | |
---|---|
21°18′00″ şm. e. 157°49′12″ q. u. | |
Əsası qoyulub | 1907 |
Tələbə sayı | 48.373[1] |
Ölkə | |
Sayt | hawaii.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Havay Universitetinin institutları, mərkəzləri, kollecləri və məktəbləri Qərb məktəbləri və Kolleclər Assosiasiyası[3] tərəfindən akkreditə olunub, həmçinin Sakit Okean Universitetləri Assosiasiyasının üzvləridir.
Universitet "R1: Doktorantura Universitetləri — Çox yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir.[4]
Universitet sisteminin əsas inzibati binaları Manoadakı Havay Universitetinin ərazisində yerləşir.[5][6][7]