Hiroo Onoda
Yaponiya İmperator Ordusunun kəşfiyyat zabiti (1922-2014) / From Wikipedia, the free encyclopedia
Hiroo Onoda (yapon. 小野田 寛郎 Hiroo Onoda, 19 mart 1922[1], Kaynan[d], Vakayama prefekturası – 16 yanvar 2014[1], Tokio[d])[2][3] — II Dünya Müharibəsi zamanı (1944-cü ildən) Filippinin Lubanq adasında müttəfiq qüvvələrə qarşı vuruşan və uzun illər müharibənin bitdiyinə inanmaqdan imtina edən Yaponiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının kiçik leytenantı. O, yalnız 1974-cü ildə Filippin hakimiyyətinə təslim oldu. Partizan müharibələri üçün mütəxəssis hazırlayan Nakano Ordu Məktəbində təhsil alıb. 1984-cü ildən - yapon gənclərinin sosiallaşması ilə məşğul olan "Təbiət məktəbi" nin sədri. Braziliyanın “Santos Dumont” Medalı və Yaponiyanın “Şərəf” Medalı ilə təltif edilmişdir.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Hiroo Onodo | |
---|---|
小野田 寛郎 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 mart 1922(1922-03-19)[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 yanvar 2014(2014-01-16)[1] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya İmperator ordusu |
Qoşun növü | piyada, hərbi kəşfiyyat, partizan dəstələri |
Xidmət illəri | 1941—1974 |
Rütbəsi | kiçik leytenant[d] |
Döyüşlər |
|
İstefada | uşaq skaut düşərgəsinin yaradıcısı |
Təltifləri | |
onoda-shizenjuku.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla