Human Rights Watch
From Wikipedia, the free encyclopedia
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı.[3] Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib.