Livan müharibəsi (2006)
Hizbullah və İsrail qüvvələri arasında hərbi münaqişə / From Wikipedia, the free encyclopedia
İkinci Livan müharibəsi — Hizbullahın hərbi qanadı ilə İsrail Silahlı Qüvvələri arasında Livan torpaqları və İsrailin şimalında 12 iyul - 14 avqust 2006 tarixləri arasında davam etmiş olan silahlı qarşıdurma.
İkinci Livan müharibəsi | ||||
---|---|---|---|---|
Tarix | 12 iyul 2006 - 14 avqust 2006 | |||
Yeri | Livan ve Şimali İsrail | |||
Səbəbi | İsrail-Livan sərhədində Hizbullah tərəfindən 8 israilli əsgərin öldürülməsi və 2 israilli əsgərin əsir alınması. Hizbullahın Şimali İsrail torpaqlarına raket və havan hücumları etməsi. | |||
Nəticəsi |
14 avqustda atəşkəs elan edildi. Atəşkəsin ardıyca iki tərəf də zəfər elan etdi. |
|||
Münaqişə tərəfləri | ||||
|
||||
İtkilər | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Böhran Livanda yerləşmiş Hizbullah təşkilatının 12 iyul 2006 tarixində iki İsrail əsgərini qaçırması və səkkizini öldürməsiylə başlamışdır. Əsgərlərin qaçırılmasına əlavə olaraq Cənubi Livandakı Hizbullah xadimlərinin İsrail torpaqlarına Katyuşa mərmiləri göndərməsi; İsrail tərəfindən Livanın bir döyüş hərəkətində ( "act of war") olduğu şəklində şərh edilmişdir. Bunun üzərinə İsrail Livana hava və quru hücumları etmiş və ölkənin limanlarını dənizdən mühasirəyə almışdır. İsrailin bu davranışına qarşılıq olaraq Hizbullah Cənubi Livandan İsrailin şimalına etdiyi mərmi hücumlarını şiddətləndirmişdir.
Bir aydan çox davam edən qarşıdurmaların ardıyca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 1701 saylı qərar uyğun olaraq 14 avqustda tərəflər hücumlarını dayandırmışdır. İsrail Livana tətbiq etdiyi mühasirəni 7 sentyabr 2006-cı ildə yerli saatla 18:00-a qədər qaldırmağı öhdələrinə vermişdir. Litanni çayına qədər olan Cənubi Livan torpaqlarını işğal etmiş olan İsrail Livan və UNIFIL əsgərlərinin yerləşdirilməsinə paralel olaraq qüvvələrini geri çəkmişdir.
Böhranın ilk günlərindən bəri aralıqsız davam edən İsrail hücumlarının nəticəsində İsrail ordusunun mindən çox Livan vətəndaşını öldürməsi, İsrailin beynəlxalq sahədə çox ağır tənqidlərə hədəf olmasına səbəb olmuşdur.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyası Başçısı Luiza Arbur böhran zamanı döyüş günahlarının (hərbi cinayət) işlənmiş ola biləcəyini söyləmişdir.